“Milan” klubunun yeni baş məşqçisi müəyyənləşib.
“La Gazetta dello Sport” qəzetinin yaydığı xəbərə görə, Massimiliano Aleqqrinin istefasında sonra bu postu Klarens Zedorff tutacaq. “Milan” keçmiş futbolçusu ilə 2 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Klarens Zedorff 2002-2012-ci illər aralığında “Milan”ın şərəfini qoruyub. İndi isə “Botafoqo”da çıxış edir.