“Milan”ın müdafiəçisi Pyer Kalulu “Yuventus”a keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, çərşənbə axşamı klublar futbolçunun transferi ilə bağlı razılaşmanı yekunlaşdıracaq. Turin təmsilçisi oyunçunu icarəyə götürmək üçün 3 milyon avro ödəyəcək.
Onun satın alınması isə 14 milyon avroya başa gələcək.
Kalulu “Milan”ın heyətində 112 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.