Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib. Serbiya yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Amadeu, Vitali Borisov və Rəcəb Fərəczadə vurub.
Xatırladaq ki, bu komandalar arasında yanvarın 22-də keçirilmiş yoldaşlıq oyunu da millimizin xeyrinə yekunlaşmışdı – 4:1.