Bu gün yekunlaşan "Neftçi" – "Bakı" oyunundan sonra qonaq komandanın baş məşqçisi Milinko Pantiç məğlub olduqları oyunda "Neftçi"dən güclü olduqlarını bildirib:
“Komandamın göstərdiyi oyundan razıyam, istədiyim kimi mübarizə apardılar. “Neftçi”nin oyunçuları hesabda irəli olduqları halda vaxtı uzadırdılar. 10 nəfərə qarşımübarizə aparsaq da, “Neftçi” fiziki cəhətdən bizdən zəif idi. Qapıçımız yerli futbolçudur, “Simurq”la oyundan sonra da deyirdilər ki, onu niyə oynadırsan? Mən futbolçu səhvlərini müzakirə etmək üçün yox, ölkə futbolunu qaldırmaq üçün gəlmişəm”.