Bu gün UEFA Millətlər Liqasında V tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, son oyun günündə 9 qarşılaşma keçiriləcək.
B Liqasının IV qrupunda yer alan Türkiyə millisi Uelsi qəbul edəcək. A Liqasının III qrupunda qərarlaşan Almaniya isə Bosniya və Herseqovinanı sınağa çəkəcək.
Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan İsveç və Slovakiya komandaları isə öz aralarında qalibi müəyyənləşdirməyə çalışacaqlar.
Hər üç görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
UEFA Millətlər Liqası
V tur
16 noyabr
A Liqası
III qrup
23:45. Almaniya – Bosniya və Herseqovina
23:45. Niderland – Macarıstan
B Liqası
I qrup
21:00. Gürcüstan – Ukrayna
23:45. Albaniya – Çexiya
IV qrup
21:00. Monteneqro – İslandiya
23:45. Türkiyə – Uels
C Liqası
III qrup
21:00. Şimali İrlandiya – Belarus
23:45. Lüksemburq – Bolqarıstan
C Liqası
I qrup
18:00. Azərbaycan – Estoniya
23:45. İsveç – Slovakiya
D Liqası
II qrup
21:00. Andorra – Moldova