Dünya futbolu

Millətlər Liqasında pley-off oyunlarının yeni vaxtı açıqlandı

UEFA Millətlər Liqasının pley-off oyunlarının yeni təqvimi müəyyənləşib.

Yarımfinallar martın 26-dan iyunun 4-nə, finallar isə martın 31-dən iyunun 9-na keçirilib.

A Liqası

İslandiya – Rumıniya

Bolqarıstan – Macarıstan

B Liqası

Bosniya və Herseqovina – Şimali İrlandiya

Slovakiya – İrlandiya

C Liqası

Şotlandiya – İsrail

Norveç – Serbiya

D Liqası

Gürcüstan – Belarus

Şimali Makedoniya – Kosovo

Bu oyunlardan sonra AVRO-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43