19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün ilk oyununu keçirəcək.
İdmanxeber.az xəbər verir ki, millimiz Şimali İrlandiyada Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
6 aprel
17:00. Farer adaları – Azərbaycan
Baş hakim: Triinu Laos (Estoniya)