Azərbaycan Milli Karate Federasiyasına yeni baş katib təyin edilib.
İdmanxeber.az xəbər verir ki, Camal Murtuzəliyev bundan sonra qurumda bu vəzifəni tutacaq. Bu barədəm federasiyanın mətbuat xidməti məlumat yayıb.
Gənclər və İdman nazirliyində ötən bir il ərzindəki fəaliyyəti zamanı paralel olaraq karate döyüş idman növünün kuratoru olan Murtuzəliyev, bu dövrdə beynəlxalq yarışlar və konqreslərdə iştirakı zamanı qazandığı təcrübəni federasiyanın daha məhsuldar çalışmasına yönəldəcəyini söyləyib.