Qazaxıstan Futbol Federasiyası (KFF) Stanislav Çerçesovun millinin baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər qarşılıqlı olaraq müqaviləyə son veriblər. Onun məşqçilər korpusundakı rusiyalı mütəxəssislə birlikdə millidən ayrılacağı da qeyd olunur.
Çerçesov 2024-cü ilin yayında Qazaxıstan millisinə rəhbərlik edib. 61 yaşlı çalışdırıcının rəhbərliyi altında altı oyun keçirən komanda 5 məğlubiyyət alıb, bir dəfə heç-heçə edib.