26 Noyabr 2024
Ölkə futbolu

“Milli komandada azərbaycanlı məşqçi görmək istəyirik”

“Millimizin İsveçə qarşı oyununu izləmişdim. Komandamız  istər müdafiədə, istərsə də hücumda çox yaxşı çıxış etdi. Futbolçular nə etməli olduqlarını bilirdilər. İlk 10 dəqiqədə artıq 2 qol vurmuşduq. Hətta 10 nəfər qalsalar belə oyunçularda özgüvən var idi. Bu səbəbdən də İsveçə qarşı yaxşı oyun keçirdik və qələbə qazandıq”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Elhad Nəziri yığma komandamızn AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirdiyi iki görüşü dəyərləndirərkən deyib. O, milli komandamızın Beçika məğlubiyyəti barədə də danışıb:

“Dünənki görüşün nəticəsi çox üzücüdür. İsveç kimi komandanı 3:0 hesabı ilə məğub edib sonra belə məğlub olmaq heç yaxşı olmadı. Milli komanda hamımızındır. Yaxşı nəticələr olanda hər birimiz sevinirik. Açığı, Belçika kimi komandaya qarşı 10 nəfərlə mübarizə aparmaq asan deyil. Çünki rəqibin heyətində Avropanın aparıcı klublarında forma geyinən oyunçular var”.

Nəziri millinin baş məşçqisi Canni De Byazinin yığmadakı performansı barədə də danışıb:

“Baş məşqçinin gələcəyi barədə qərarları biz vermirik. Bu barədə yekun qərarı AFFA rəhbərliyi verəcək. Ən yaxşısını onlar bilir. Amma bir şeyi deyim ki, 7 xalı bizim yerli mütəxəssislər də qazana bilər. Əgər əcnəbi çalışdırıcı ölkəyə gəlirsə, bu nəticə ilə kifayətlənmək olmaz. Əgər 7 xalla razılışırıqsa bu, bizim futbolumuzun zəifliyini göstərir. Deməli, biz azərbaycanlı məqçilərə güvənmirik. Bu nəticəni göstərən baş məşçqi belə rahat danışmamalıdır. Artıq yerli mütəxəssislərə şans verməyin vaxtıdır. Milli komandada azərbaycanlı məşqçi görmək istəyirik. Çünki hamını tanıyacaq, oyunları rahat izləyə biləcək. Daha düzgün seçimlər edə biləcək”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43