27 Yanvar 2025
Ölkə futbolu

Milli komandada qeyri-müəyyənlik – AFFA isə tələsmir

Ötən il 17 yaşlılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatı seçmə mərhələsində sonuncu yeri tutmuşdu. Ancaq yeni formata görə, sonuncu olan komandalar üçün daha bir şans veriləcək. Martda millimiz AÇ şansı üçün meydana çıxmalıdı. Bundan öncə isə komanda fevralda hazırlıqlara başlamalı, sonuncu şansdan istifadə etməlidi. Komandamz qrupda Uels, Albaniya ilə birgə mübarizə aparacaq.

Ancaq ortada böyük bir qeyri-müəyyənlik var. Belə ki, ötən il U-17 komandasının baş məşqçisi İlham Yadullayev idi. Onun müqaviləsi sona çatıb və hələ də yeni sözləşmə imzlanmayıb. Hazırda komandanın məşqçisi yoxdu. Milli az vaxt sonra turnirə çıxmalı, AÇ üçün son şansdan istifadə etməlidi, amma ortada baş məşqçi yoxdu.

Gənc futbolçuları vacib turnirə kim hazırlayacaq bilinmir. Yeni baş məşqçinin nə vaxt gələcəyi, komandanı nə vaxt tanıyacağı bəlli deyil. Bütün bu suallara İcraiyyə Komitəsinin iclasında aydınlıq gəlməlidi. İclasın nə vaxt keçiriləcəyi isə hələ də açıqlanmayıb. 

Görünür, Azərbaycan futbolunun gələcəyi sayılan gənc oyunçuların çıxacağı mühüm turnir AFFA rəhbərliyini maraqlandırmır. Həqiqətən də, hazırda ölkə futbolunda ciddi bir idarəedicilik problemi var. Kimin nə qərar verəcəyi, hansı plan üzrə hərəkət ediləcəyi bəlli deyil.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43