Bu gün 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində III turun oyunları baş tutub.
İdmanxeber.com-un məlumatına görə, Mirbağır İsayevin rəhbərlik etdiyi komandamız sonuncu – həlledici qarşılaşmada Bosniya və Hersoqovinadan olan həmyaşıdları ilə qarşılaşıblar.
Əsas vaxt 1:1 bitdiyindən qalibi penaltilər müəyyənləşdirib. Burada uduzan millimiz qrup üçüncüsü olub. Lakin millimiz ən yaxşı III yeri tutan 5 komandadan biri olub və elit mərhələyə vəsiqə qazanıb.
U-17-lər arasında AÇ-nin ilkin seçmə mərhələsi
Bosniya və Herseqovina – Azərbayca – 1:1
Penaltilər seriyası – 4:3
QOLLAR: Denis Zeriç,11 – Oruc İsmayılov, 26
Eisden (Belçika). Patro Eisden stadionu
Baş hakim: Rob Rogers (İrlandiya)
Baş hakimn köməkçiləri: Mark Gavin (İrlandiya), Florian Lemaire (Belçika)
Dördüncü hakim: Jan Krieken (Belçika)
UEFA nümayəndəsi və hakim-inspektor: Emil Bozinovski (Makedoniya)