Kateqoriyasız

Milli Qırğızıstana qarşı

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, millimiz hazırlıq çərçivəsində Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qəbələdə keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında oktyabrın 8-də keçirilmiş ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43