UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması son oyununu keçirib. Şimali Makedoniyada təşkil olunan yarışda rəqib ev sahibləri olub.
Oyun Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasının 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Millimiz ilk iki oyununda əvvəlcə Gürcüstana (0:2), ardından isə Səudiyyə Ərəbistanına (1:2) uduzub.