22 Oktyabr 2024
Kateqoriyasız

“Millidəki hər oyun bizim üçün çox vacibdir” – Emin Mahmudov

“Qazandığımız qələbələr barədə danışmırıq. Hər matç bizim üçün çox vacibdir”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi qalibiyyətlərin oyunçulara inam verdiyini bildirib: “Uğurlu seriyanı davam etdirmək üçün hər futbolçu bütün bacarığını ortaya qoyacaq. Şimali Makedoniya komandasının yaxşı oyunçuları var. Qarşılaşmalarını izləmişik. Ferdi Elmas, Enis Bardi kimi təhlükəli futbolçulara malikdirlər. Komanda olaraq da yaxşı futbol nümayiş etdirirlər”.

Mahmudov bir-iki il ərzində millidə bu qədər qol vuracağını gözləmədiyini etiraf edib: “Bunun da əsas səbəbi daha əvvəllər az oynamağım idi. Oynadığım oyunlarda da qol imkanlarım az olurdu. İndi işlərim qaydasında gedir. Çox şadam ki, belə alındı və ardıcıl qollar vurdum. Mənim qol vurub-vurmamağım önəmli deyil, əsas məqsədim milli komandaya daha çox fayda verməkdir. Təbii ki, qol vursam daha yaxşı olar”.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43