18 Oktyabr 2024
Ölkə futbolu

Millidən qayıdan futbolçular “Neftçi”nin məşqinə qoşuldu

“Neftçi” Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdirir.

İdmanxeber.az xəbər verir ki, yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçən bugünkü məşq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.

Əsas, U-21 və U-19 milli komandalarının düşərgəsindən qayıdan futbolçular –  Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov, Rüstəm Samiqullin və Murad Məmmədov, eləcə də Sent Martin və Monteneqro yığmalarının üzvləri Kilan Lebon və Edvin Kuç da məşqdə iştirak ediblər. Hazırlığa sabah yekun vurulacaq.

Qeyd edək ki, oktyabrın 19-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçı saat 18:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43