Kateqoriyasız

“Millidən təklif gəlsə…” – Rəşad Sadıqov

“Yaxşı oyunun şahidi olduq. Ani diqqətsizlikdən iki qol buraxdıq. Hər iki tərəfin yaxşı qol imkanları oldu. Komandama təşəkkür edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Sadıqov daha sonra sözlərinə belə davam edib:

“Oyun hesaba görə oynanılır. “Neftçi” ilə səfər oyununda böyük qüvvə ilə irəli atılmaq ağılsızlıq olardı. Coşqu Diniyevi yorğun gördüm, məcburiyyətdən onu dəyişdim.

Bugün əlimizdən gələni etdik ki, buradan xalla qayıdaq. Ancaq alınmadı. Yenə deyirəm, əsas olan komandamın qələbəsi yox, oyunudu. Şükür, bunu da gördüm. Buna görə uşaqlara təşəkkür edirəm”.

O, daha sonra adının milli ilə hallanmasını belə münasibət bildirib:

“Mən hansısa klubdan təklif gəlsə onu götür-qoy edərəm. Ancaq millidən təklif gəlsə, düşünmədən razılaşaram. Bu mənim ölkəmin əsas millisidi”.

Qeyd edək ki, “Zirə” minimal hesabla “Neftçi”yə məğlub olub -1:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43