27 Dekabr 2024
İdman

Millilərimizin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşdi

Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib.

İdmanxeber.az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiyada keçiriləcək “Zaqreb Open”də Azərbaycan 28 güləşçi ilə təmsil olunacaq.

Sərbəst güləş: İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nüdərrin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrail Qadjiev (74 kq), Arsen Coyev, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Giorgi Meşvildişvili, Vahit Qalayev (hər ikisi 125 kq).

Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Xasay Həsənli, Sənan Süleymanov (hər ikisi 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murat Lokiayev, Murad Əhmədiyev (hər ikisi 97 kq), Sabah Şəriəti, Beka Kandelaki (hər ikisi 130 kq).

Qadın güləşi: Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Monolova (68 kq).

Qeyd edək ki, “Zaqreb Open” 10-15 yanvar aralığında baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43