19 Noyabr 2024
İdman

Millilərimizin Avropa Liqalarındakı rəqibləri müəyyənləşdi

Azərbaycanın voleybol üzrə kişi və qadınlardan ibarət yığmalarının Qızıl və Gümüş Avropa Liqalarındakı rəqibləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, reytinq cədvəlində 19-cu olan qadınlardan ibarət yığma Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya ilə üz-üzə gələcək.

Siyahıda 37-ci yerdə olan kişi komandası isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları ilə eyni qrupa düşüb.

Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin seçməsi mübarizə aparacaq. Reqlamentə əsasən, Gümüş Avropa Liqasında bir turnir cədvəli olacaq və ilk 2 yeri tutan komandalar finala vəsiqə qazanacaqlar. Final oyunları ev-səfər sistemi ilə keçiriləcək. Qızıl Avropa Liqasında da bir turnir cədvəli olacaq. Burada isə ilk 4 yeri tutan yığmalar “dördlər finalı”na yüksələcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43