Azərbaycan millisinin boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində 2 gümüş və 2 bürünc medal qazanıblar.
İdmanxeber az xəbər verir ki, komandamızın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar.
Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.Millimiz bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.