Milli komanda

Millimiz Almaniya klubu ilə qarşılaşdı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunları keçirib.

İdmanxeber.com-un məlumatına görə, yığmamız Almaniyanın “Rot Vays Erfurt” komandası ilə qarşılaşıb. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, “Rot Vays Erfurt” Almaniyanın 3-cü liqasında mübarizə aparır. Klub cari mövsümdə meydana çıxdığı 19 qarşılaşmada 22 xal qazanıb və hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43