Fevralın 13-dən etibarən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Andorranın U-21 yığması ilə qarşılaşan komandamız 4:0 hesabı ilə qələbə qazanıb.
Sevinc Cəfərzadənin dubl etdiyi oyunda hərəyə bir dəfə Nigar Cəlilli və Aysun Əliyeva fərqlənib.