Bu gün Azərbaycan milli komandası "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi əsas millimizin tsikildəki ilk rəqibi Bolqarıstan yığmasıdı.
Tarixi boyu cəmi bir dəfə, o da yoxlama matçında qarşılaşdığımız rəqiblə matç qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, millimiz seçmə mərhələdə ikinci matçını oktyabrın 10-da, səfərdə İtaliyaya qarşı keçirəcək.
9 sentyabr
"Avro-2016"nın seçmə mərhələsi
21:00. Azərbaycan – Bolqarıstan 1:2
Qol:İliyan Miçanski, 14 (0:1); Dmirti Nazarov, 55 (1:1); Hristov, 87 (1:2)
Hakimlər: Alon Yefet, Danni Krasikov, David Elias Bitton, Nissan Davidi (hamısı İsraildəndir)
Bakı. 8-ci km qəsəbə stadionu.
Azərbaycan: Kamram Ağayev, Qara Qarayev, Mahir Şükürov, Bədavi Hüseynov, Rəşad F Sadıqov (k), Ruslan Abışov, Ufuk Budak, Dmirti Nazarov, Vaqif Cavadov, Rüfət Dadaşov, Rauf Əliyev
Bolqarıstan: Vladislav Stoyanov, Straxil Popov, Nikolay Bodurov (k), Stanislav Manolev, Veselin Minev, Georgi Milanov, Vladimir Qadjev, Svyatoslav Dyakov, Georgi İliyev, Mixeail Aleksandrov, İliyan Miçanski