Milli komanda

Millimiz “Avro-2016″nın ilk oyununda məğlub olur

Bu gün Azərbaycan milli komandası "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi əsas millimizin tsikildəki ilk rəqibi Bolqarıstan yığmasıdı.

Tarixi boyu cəmi bir dəfə, o da  yoxlama matçında qarşılaşdığımız rəqiblə matç qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, millimiz seçmə mərhələdə ikinci matçını oktyabrın 10-da, səfərdə İtaliyaya qarşı keçirəcək.

9 sentyabr

"Avro-2016"nın seçmə mərhələsi

21:00. Azərbaycan – Bolqarıstan 1:2
Qol:İliyan Miçanski, 14 (0:1); 
Dmirti Nazarov, 55 (1:1); Hristov, 87 (1:2)

 Hakimlər: Alon Yefet, Danni Krasikov, David Elias Bitton, Nissan Davidi (hamısı İsraildəndir)
Bakı. 8-ci km qəsəbə stadionu.

Azərbaycan: Kamram Ağayev, Qara Qarayev, Mahir Şükürov, Bədavi Hüseynov, Rəşad F Sadıqov (k), Ruslan Abışov, Ufuk Budak, Dmirti Nazarov, Vaqif Cavadov, Rüfət Dadaşov, Rauf Əliyev

Bolqarıstan: Vladislav Stoyanov, Straxil Popov, Nikolay Bodurov (k), Stanislav Manolev,  Veselin Minev, Georgi Milanov, Vladimir Qadjev,  Svyatoslav Dyakov, Georgi İliyev, Mixeail Aleksandrov, İliyan Miçanski

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43