Milli komanda

Millimiz Avropa çempionatının 1/4 finalında!

Serbiyanın paytaxtı Belqradda Avropa çempionatı davam edir.

İdmanxeber.com-un məlumatrına görə, “D” qrupunda iki oyun keçirən və bu matçlarda 3 xal toplayan millimizdə gözlər İtaliya – Çexiya önünə yönəlmişdi. Məsələ burasındadı ki, bu matçda İtaliya qalib gələcəyi təqdirdə millimiz 1/4 finala yüksələcəkdi. Az öncə başa çatan qarşılaşmada İtaliya Çexiyanı darmadağın edib – 7:0.

Bununlada aktivində 3 xalı olan millimiz qrup ikincisi kimi 1/4 finala yüksəlib. 

Milli komandamız bu mərhələdə Rusiya ilə üz-üzə gələcək. Fevralın 9-da baş tutacaq görüş Bakı vaxtı ilə 21:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43