22 Sentyabr 2023
Ölkə futbolu

Millimiz Avropa Superfinalına qələbə ilə başladı

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv Türkiyə yığması ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Millimiz penaltilər seriyasında rəqibini məğlub edib – 3:1.

Qeyd edək ki, yığma II turda, sentyabrın 20-də Rumıniya ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43