Kateqoriyasız

Millimiz Bakıda rüsvay oldu

Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk ev oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Siyasət Əsgərovun komandası Bakıda Danimarka yığmasını qəbul edib.

Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb – 8:0.

Qeyd edək ki, ilk görüşdə Rusiyaya 0:2 hesabı ilə uduzan millimiz növbəti oyununu oktyabrın 21-də səfərdə Monteneqroya qarşı keçirəcək.

 

21 sentyabr

DÇ-2023-ün seçmə mərhələsi

E qrupu

20:00. Azərbaycan – Danimarka – 0:8
Qollar: 
Signe Bruun, 3, 62, Stine Larsen, 11, 25, 60, Manə Mollayeva, 43 (avtoqol), Mille Gejl, 75, Emma Snerl, 76

Baş hakim: Zuzana Valentova (Slovakiya)
Bakı. “ASK Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43