16 Sentyabr 2024
Ölkə futbolu

Millimiz Bakıda təlim-məşq toplanışı keçəcək

Çimərlik futbolu üzrə Azərbaycan millisi avqustun 1-dən 31-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

İdmanxeber.az-ın məlumatına görə, yığma hazırlıq prosesi çərçivəsində Belarusla iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Matçlar avqustun 26-da və 27-də, saat 18:00-da Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq.

Təlim-məşq toplanışına 12 futbolçu dəvət alıb.

Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov.

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43