Ölkə futbolu

Millimiz Bəhreyni darmadağın etdi

21 yaşadək qızlardan ibarət Azərbaycan milli Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə növbəti oyununa çıxıb.

İdmanxeber.com AFFA-nın saytına istinadən xəbər verir ki,  yığmamız bu gün keçirdiyi qarşılaşmada Bəhreyn komandasına 4:0 hesabı ilə qalib gəlib. Yaiza Releanın dubl etdiyi oyunda hərəyə bir dəfə Sevinc Cəfərzadə və Natalya Rodelqo fərqlənib.

Qeyd edək ki, millimiz ilk oyunda Maltaya 1:2 hesabı ilə uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43