04 Fevral 2025
Ölkə futbolu

Millimiz Belarusa məğlub oldu

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43