Martın 10-da və 12-də 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda yoldaşlıq oyunu keçirəcək.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın rəqibi Belarusun müvafiq yaş qrupuna aid komandası olacaq.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək hər iki oyun saat 18:00-da başlayacaq.