26 Noyabr 2022
Milli komanda

Millimiz Belfastda problemlə üzləşdi

Azərbaycan millisi Şimali İrlandiya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra hələ də Belfastdadır.

İdmanxeber.com-un məlumatına görə, səbəb yerli vaxtla saat 01:00-da uçuşa başlaması gözlənilən “Boeing 787 Dreamliner” təyyarəsində texniki nasazlığın üzə çıxmasıdır.

Təyyarədəki problemin nə zaman aradan qaldırılacağı bilinmir. Bu, tezliklə baş verməsə, Bakıdan yeni təyyarənin Belfasta göndərilməsi də mümkündür. Hələlik futbolçular və nümayəndə heyətinin üzvləri, o cümlədən, jurnalistlər Belfast Hava Limanındadır.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Azərbaycan – Rusiya matçını şərh etmək istəyən jurnalist Bakıya buraxılmadı – ÖZƏL

admin

Millinin pley-off şansları davam edir

admin

Lüksemburq – Azərbaycan: Start heyətlər

admin