Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə "Avro-2016"nın final mərhələsinin oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, milli komandamız bu gün ikinci matçına çıxıb.
Tino Perezin başçılıq etdiyi komandamız bu dəfə Çexiya ilə üz-üzə gəlib. 11 qolun vurulduğu qarşılaşmada qələbə qazanan milli komandmaız olub – 6:5.
Bununlada millimiz qrupdan çıxmaq şansını saxlayıb. Qrupun son matçında Çexiya İtaliyaya qalib gəlsə, növbəti mərhələyə bu iki komanda çıxacaq. İtaliyanın rəqibinə uduzmayacağı təqdirdə isə 1/4 finala millimiz vəsiqə qazanacaq.
Qeyd edək ki, millimiz turnirin ilk görüşündə İtaliyaya 0:3 hesabı ilə uduzub.
5 fevral
Avropa çempionatı, D qrupu
Azərbaycan – Çexiya – 6:5
Qollar: Rizvan Fərzəliyev, 6 (1:0), Vitali Borisov, 7 (2:0), Zaruba, 9 (2:1), Fieo, 11 (3:1), Xolli, 12 (3:2), Reşeta, 16 (3:3), Eduardo, 20 (4:3), Novotni, 24 (4:4), Avqusto, 27 (5:4), Kovaç, 31 (5:5), Rafael, 40 (6:5)
Baş hakim: Admir Zahoviç (Sloveniya)
Serbiya. Belqrad şəhəri.