Kateqoriyasız

Millimiz Danimarka ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki sonuncu rəqibi müəyyənləşib.

Azərbaycan, Ukrayna və Belçikaya qoşulan sonuncu komanda Danimarka olub.

Bu komanda ilkin seçmə mərhələdə 9 mümkün xaldan 7-sini qazanıb. Danimarkalıların rəqibləri isə Yunanıstan, Bolqarıstan və Cəbəllütariq idi.

Qeyd edək ki, əsas seçmə mərhələnin oyunları 17-22 mart aralığında keçiriləcək. Qrupun bütün oyunları Bakıda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43