Kateqoriyasız

Millimiz divizion klubu ilə heç-heçə etdi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

U-21-in qollarını Veysəl Rzayev, Vüsal Əsgərov və Ədilxan Qarəhmədov vurub. Millimiz sonuncu yoxlama oyununu martın 29-da Premyer Liqa təmsilçisi “Qəbələ”yə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43