24 Noyabr 2024
İdman

Millimiz dünya üçüncüsü oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.

İdmanxeber.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43