18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, C divizionunda yer alan yığmamız B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda “Lüksemburq”a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.