08 Dekabr 2022
Kateqoriyasız

Millimiz FİFA reytinqində 5 pillə irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki,  bundan əvvəlki reytinq cədvəli ilə müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli komandası 1146 xalla 123-cü pillədə qərarlaşıb.Buna yığmanın UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi səbəb olub.

Növbəti reytinq cədvəli dekabrda açıqlanacaq.

Qeyd edək ki, siyahıya 1841 xalla Braziliya başçılıq edir. Belçika 1816 xalla 2-ci, Argentina 1773 xalla 3-cüdür


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Sumqayıt” kapitanla müqaviləni uzatdı

admin

“Arsenal” artıq Bakıdadı – FOTOLAR

admin