Kateqoriyasız

Millimiz FIFA reytinqində irəlilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, millimiz yeni siyahıda iki pillə irəliləyib.

Evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Canni de Byazini yetirmələri 1179 xalla dünyanın 112-ci komandasıdır.

Kipr üzərində qələbə qazanan millimiz ötən reytinqlə müqayisədə aktivini 2 xal artıraraq 2 pillə irəliləyib.

Qeyd edək ki, siyahının 1-ci pilləsində 1773 xala malik Belçika qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43