21 yaşadək futbolçular arasında keçirilən "Avro-2017"nin seçmə mərhələsinin oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi milli komandamız Bakıda qrup lideri Finalndiyanı qəbul edəcək.
Sankt-Peltendə Avstriya millisinə biabırçı şəkildə məğlub olan millimiz (0:7) finlandlarla oyunda ən azı heç-heçə etməklə azarkeşləri sevindirmək istəyir.
Qeyd edək ki, seçmə mərhələnin ilk görüşündə Farer adalarına 1:0 hesabı ilə qalib gələn millimiz ardından evdə Avstriyaya 0:2, Almaniyaya isə 0:3 hesabı ilə uduzub. Son görüşündə isə yığmamız səfərdə Avstriyaya böyükhesabla məğlub olub – 0:7.
13 oktyabr
"Avro-2017"nin seçmə mərhələsi
16:00. Azərbaycan – Finlandiya – 0:1
QOL: F. Lassas, 80
Hakimlər: Milan İliç, Milan Miniç, Srdan Milutinoviç və Robert Çepegi (hamısı Serbiya)
Bakı. "Dalğa Arena".