İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə oyunlarının ikinci mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası son oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, Fransa yığması ilə qarşılaşan millimiz Sabir Allahquliyev, Asif Zeynalov və Hikmət Bağırovun vurduğu qollar sayəsində 3:1 hesabı ilə qələbə qazanıb.