Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən “Clermont-Ferrand” mərhələsinə qələbə ilə start verib.
İdmanxeber.az-ın məlumatına görə, D qrupunda qərarlaşan millimiz ilk görüşündə Filippin yığması ilə qarşılaşıb və rəqibinə 22:17 hesabı ilə qalib gəlib.
Komandamızın qrupda sonuncu oyunu Niderland seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:50-də başlayacaq.