Milli komanda

Millimiz gerilədi: Mavritaniya, Zimbabve, Farer adaları bizi qabağladı

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, yeni açıqlanan siyahıda millimiz 2 pillə geriləyib. De Byazinin başçılıq eetdiyi kollektiv hazırda 119-cu pillədə qərarlaşıb.

Aktivində 1146 xal olan millimiz Zimbabve, Farer adaları, Tailand, Liviya, Mavritaniya kimi ölkələrdən geri qalır.

Ümumilikdə siyahıya Belçika başçılıq edir. İkinci yerdə Braziliya, üçüncü yerdə Fransa qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43