Bu gün “Bakı” FK-nın Təlim-Məşq Bazasında 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında yoldaşlıq oyunu keçirilib.
Qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Kristina Bakarandze və Nigar Cəlilli vurub.
Fevralın 8-də, “Bakı” FK-nın Təlim-Məşq Bazasında bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma saat 15:30-da başlayacaq.