21 Dekabr 2024
Kateqoriyasız

Millimiz ilk oyununda qələbə qazandı

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirində ilk oyununu keçirib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb – 1:0. Qolu Yaiza Relea vurub.

Yığmamız növbəti oyununu avqustun 22-də Latviya komandasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43