22 Oktyabr 2024
Kateqoriyasız

Millimiz ilk oyununda uduzdu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rumıniyada təşkil olunacaq UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, yığmamız ilk matçında meydan sahibləri ilə üz-üzə gəlib.

Oyun Rumıniyanın böyükhesablı qələbəsi ilə yekunlaşıb. Millimiz rəqibinə 1:4 hesabı ilə uduzub. Komandamızın yeganə qolunu 90-cı dəqiqədə Manə Mollayeva vurub.

Qeyd edək ki, yığmamız turnirdə ikinci matçını sabah Sloveniyaya qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43