Ölkə futbolu

“Millimiz İsveç qələbəsinin təsadüf olmadığını sübut etməlidir”

“Millimiz üçün münasib qrupdu. Slovakiya və Estoniya yığmalarına qarşı oynaya bilərik, nəticə qazanmaq olar. Qrupun favoriti İsveçdir. Amma onlardan da xal ala bilərik”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Samir Musayev yığmamızın Milllətlər Liqası qrupunu dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

“Hər şey milliyə təyin ediləcək baş məşqçidən və heyətə dəvət alacaq oyunçulardan asılıdır. Məşqçi məsələsində çox gecikirik. O, indi Premyer Liqa matçlarını izləməli, futbolçuları tanımalı, rəqibləri analiz etməyə başlamalı idi. Amma yeni gələcək mütəxəssis istər yerli olsun, istərsə də əcnəbi. Onsuzda seçimi azərbaycanlı futbolçulardan ibarət olacaq. Nəticə qazanıb-qazanmayacağımız oyunçuların çıxışından asılıdır.

Biz həmişə hər seçmə mərhələdə güclü bir komandaya qalib gəlirik. Düzdür, İsveçi bir dəfə məğlub etməyimiz, yenə təkrarlayacağımız anlamına gəlmir. Ancaq onlara qarşı qələbəmiz oynamağı bacardığımızı göstərir. İnamımızı artırır. Millimiz İsveç qələbəsinin təsadüf olmadığını sübut etməlidir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43