İdman

Millimiz Kosovanı məğlub etdi

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün DÇ-2027-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

İdmanxeber.az məlumat verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Avropa zonası üzrə 1-ci seçmə mərhələdə Kosovonu qəbul edib.

Millimiz görüşdən 87:77 hesablı qələbəylə ayrılıb. Görüşün ən məhsuldar oyunçuları komandamızın üzvləri 27 xal 11 ribaundla oynayan Orxan Aydın və 20 xal 14 ribaundla oynayan Donta Hol olub.

DÇ-2027-nin seçmə mərhələsi
A qrupu
25 fevral

14:00. Azərbaycan – Kosovo 87:77 (19-19, 24-25, 16-16, 28-17)
“Sərhədçi” Olimpiya İdman Mərkəzi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43