Milli komanda

Millimiz Latviyaya da uduzdu – YENİLƏNİB

Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Latviya yığması ilə qarşılaşacaq. Oyun Maltada keçiriləcək və matçı yerli hakimlər briqadası idarə edəcək.

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

29 mart

Yoldaşlıq oyunu

15:00. Azərbaycan – Latviya – 0:1

Qol: Qutkovski, 86

Qırmızı vərəqə: Qara Qarayev, 30 (Azərbaycan)
Baş hakim: Trustin Farruca Kann (Malta)
Malta. Ta Qali. Milli Stadion.

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev(30-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub), 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k) (13. Abbas Hüseynov, 79), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (16. Coşqun Diniyev, 73), 9. Renat Dadaşov (7. Namik Ələskərov, 79), 10. Dmitri Nazarov, 14. Eddi İsrafilov (18. Filip Ozobiç, 73), 17.Toral Bayramov (19. Təmkin Xəlilzadə, 79)

Latviya: 1. Pavel Steinbor (23. Rixard Matreviç, 46), 2. Vladislav Sorokin, 4. Kaspar Dubra, 5. Antoni Çernomordı (k), 6. Krister Tober, 9. Vladislav Qutkovski, 11. Robert Savavnyek, 14. Andrey Tsıqanik (16. Alvis Yaunzem, 63), 17. Renar Varslavan (7. Vladimir Kameş, 73), 19. Raymond Krollis, 22. Aleksey Savelyev  (18. İqor Tarasov, 88)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43