İdman

Millimiz Litvayla qarşılaşacaq

Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda dördüncü oyununa çıxacaq.

İdmanxeber.az məlumat verir ki, millimiz Vilnusda Litva ilə qarşılaşacaq. Görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Bundan əvvəl Azərbaycan öz meydanında Litvanı məğlub edib (35:33), Şimali Makedoniyaya səfərdə (17:40), evdə İspaniyaya (18:38) uduzub.

Millimiz növbəti oyununu aprelin 3-də Bakıda Şimali Makedoniya yığmasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43